HAQQIMIZDA

 ANA SƏHİFƏ /HAQQIMIZDA

EnterpriseAzerbaijan.com Portalı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci tədbirinin icrası ilə əlaqədar olaraq yaradılmışdır.

Məqsədlərimiz

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan EnterpriseAzerbaijan.com Portalının məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatının inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır.

Missiyamız

EnterpriseAzerbaijan.com Portalının missiyası Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən hazırlanan investisiya layihələri, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların xarici və yerli investorlara təqdim edilməsi və bu layihələrin maliyyələşməsi üçün əlverişli platformanın yaradılmasıdır.

Hədəflərimiz

EnterpriseAzerbaijan.com Portalının əsas hədəfi, potensial investor axtarışında olan Layihə Təşəbbüskarları (promoterləri) ilə investisiya imkanları axtarışında olan İnvestorları mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkanda bir araya gətirməkdir.

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz