Layihənin detalları

 ANA SƏHİFƏ / İnvestisiya layihəsi / Müasir şitilxana kompleksi

18.12.2018 / 15:16 | Müasir şitilxana kompleksi

Mən əsasən kahı toxumlarının Hollandiyadan alınaraq Azərbaycanda kiçik bir təsərrüfatda yetişdirilməsi ilə professional şəkildə məşğul olmuşam və bu sahədə böyük təcrübəm var. Lakin hal-hazırda Qərb dövlətləri tərəfindən Rusiyaya tətbiq edilən embarqo ilə əlaqədar, bu ölkəyə pomidor və digər tərəvəzlərin ixracı dəfələrlə artmışdır. Azərbaycanda isə bu tərəvəz şitillərini yetişdirmək üçün müasir tələblərə cavab verən şitilxanalar 2-3 təsərrüfatda, özü də Abşeron yarımadasında mövcuddur ki, bu şitilxanalar daimi artan templə inkişaf edən ixracın tələblərini ödəyə bilmir. Məhz bu məqsədlə mən Azərbaycanın qərb bölgəsində (Şəmkir,Tovuz,Samux və d.) 1 ha ərazidə müasir bir şitilxana kompleksinin açılmasını çox perspektivli və gəlirli bir biznes layihə olduğunu düşünərək belə bir ideya üzərində potensial bir investorların diqqətini cəlb etmək istəyirəm. Qeyd etdiyim bölgələrin fermer təsərrüfatları hal-hazırda şitilləri məhz Abşeronda fəaliyyət göstərən şitilxanalardan sifariş etməyə məcbur olurlar və məsafə uzaqlığı baxımından fermerlər sifariş etdikləri şitillərin 50-60 gün ərzində böyümə mərhələsini izləyə bilmirlər. Lakin şitilxana o fermerlərə yaxın bir ərazidə fəaliyyət göstərsə ,o zaman onlar daimi öz şitillərini diqqətdə saxlaya bilər və planlaşdırdıqları günlərdə böyümüş şitilləri dərhal şitilxanadan istixanaya köçürülməsini təmin edə bilərlər.

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.com
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16
Paylaş
Yerləşdiyi rayon (şəhər)
Qeyd olunmamışdır
Geri

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz