Layihənin detalları

 ANA SƏHİFƏ / Özəlləşdirmə / “Bakı Elektroavtomat” ASC

11.03.2019 / 16:54 | “Bakı Elektroavtomat” ASC

Müəssisə 1961-ci ildə istismara verilmişdir. Zavodun fəaliyyəti 1990-cı ildən 2002-ci ilə kimi demək olar ki, dayanmış, 2003-cü ildən isə qismən bərpa edilmişdir. 19 iyul 2001-ci ildə Bakı Elektroavtomat zavodunun əsasında “Bakı Elektroavtomat” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Müəssisə sənayenin bütün sahələrində elektrik enerjisi bölüşdürən cihazları artıq elektrik yüklənməsindən və qısa qapanmadan qoruyan, habelə cihazlara avtomatik nəzarət etmək imkanı verən aşağı gərginlikli elektrik avadanlıqları istehsalı sahəsində ixtisaslaşır.


Əlavə məlumatlar

İstehsal olunan məhsulların adı və çeşidi: elektrik şəbəkələri üçün müxtəlif çeşidli kompleks transformator mərkəzləri, 6-10 kV-luq paylayıcı qurğular, bölüşdürücü şkaflar, ayırıcılar, məişət sayğac panelləri, neft sənayesi üçün idarəetmə qurğuları – ümumiyyətlə, 20 adda müxtəlif elektrik avadanlıqlarının istehsalı. http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/s-naye-2?layout=edit&id=82

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.com
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16
Paylaş
Yerləşdiyi rayon (şəhər)
Qeyd olunmamışdır
Geri

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz