Layihənin detalları

 ANA SƏHİFƏ / Özəlləşdirmə / “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti

11.03.2019 / 17:21 | “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti

  • Yerləşdiyi rayon (şəhər): Mingəçevir şəhəri
  • Aid olduğu sektor: Sənaye
  • Aid olduğu kateqoriya: Özəlləşdirmə
  • Layihəyə baxış sayı: 385 

Mingəçevir Şüşə Lifi zavodu1965-ci ildə keçmiş SSRİ-ni şüşə lifi lenti ilə təchiz etmək məqsədi ilə yaradılmışdır. Fəaliyyətinin ilk illərində SSRİ-nin şüşə lifli lentlərə olan tələbatının 80%-ni təmin edirdi. Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə proqramına uyğun olaraq, 2001-ci ildə zavodun bazasında “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Müəssisə sənaye və tikinti sahələrində istifadə edilən şüşə lifi, elektroizolyasiya, istilik izolyasiyası, şüşə parça, şüşə lentlər istehsal edirdi.


Əlavə məlumatlar

Əsas istehsal sahələri və onların qısa xarakteristikası: Müəssisədə 2 əsas, köməkçi sex və 4 köməkçi sahə fəaliyyət göstərmişdir. Elektrik sobaları sexində ikimərhələli metodla ilkin şüşə lifi istehsal edilirdi. Sex diametri 6-13 mikron, xətti sıxlığı isə 9,2-240 teks olan şüşə sapların hazırlanması üçün nəzərdə tutulmuşdur. Elektrik sobaları sexinin ümumi sahəsi 2940 m² təşkil edir. Toxuculuq istehsalı sexində elektrik sobaları sexindən daxil olan şüşə sapların sonrakı emalı və hazır məhsulların istehsalı prosesi həyata keçirir. Sexin ümumi sahəsi 15342,5 m² təşkil edir.

Yerləşdiyi rayon (şəhər)

Qeyd olunmamışdır

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz