Layihənin detalları

 ANA SƏHİFƏ / Özəlləşdirmə / “Mingəçevir Texniki Rezin” Açıq Səhmdar Cəmiyyəti

11.03.2019 / 17:25 | “Mingəçevir Texniki Rezin” Açıq Səhmdar Cəmiyyəti

Mingəçevir Texniki Rezin Məmulatları zavodu keçmiş SSRİ-nin Neft-Kimya Sənayesi Nazirliyinin əmri ilə Qafqaz, Mərkəzi Asiya və Rusiyanın uzaq şərq regionunu rezin məmulatları ilə təchiz etmək məqsədi ilə 1968-ci ildə yaradılmış, 1970-ci ildə istismara verilmişdir. 1992-ci ildə müəssisə Azərbaycan Respublikasının “Azərikimya” Dövlət Şirkətinin tabeliyinə keçirilmişdir. Müəssisə səth rezin konveyer lenti, yastı ötürücü qayış, pazvari ötürücü qayışlar, rezin qolçaqlar və digər məhsullar istehsal etməklə, 2000-ci ilədək fəaliyyət göstərmiş, sonradan fəaliyyətini dayandırmışdır. 26 dekabr 2001-ci il tarixində Mingəçevir Texniki Rezin Məmulatları zavodunun bazasında “Mingəçevir Texniki Rezin” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. 2013-cü ildən etibarən daxili imkanlar hesabına fəaliyyətini bərpa etsə də, 2015-ci ilin yanvar ayından fəaliyyətini qismən davam etdirir. Hazırda müəssisə cüzi sifarişlər əsasında müəyyən qədər fəaliyyət göstərir.


Əlavə məlumatlar

Müəssisənin 1 saylı hazırlıq sexində digər istehsal sahələrində istifadə olunan müxtəlif markalı rezin qarışıqları hazırlanır, 3 mərtəbəli binada yerləşir, sahəsi 9072 kv. m təşkil edir. 2 saylı formalı və formasız məhsullar istehsalı sexində müxtəlif rezin məmulatları (formalı və formasız) istehsal olunur və əsas etibarilə neftçıxarma, neft quyularının istismarında , dəmir yolu, kənd təsərrüfatı müəssisələrində, quşçuluq sənayesində, taxıl kombinatlarında, pambıqtəmizləmə zavodlarında istifadə olunur. Sex 1 mərtəbəli binada yerləşir, sahəsi 7000 kv. m təşkil edir. <br> http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/s-naye-2?layout=edit&id=84

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.com
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16
Paylaş
Yerləşdiyi rayon (şəhər)
Qeyd olunmamışdır
Geri

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz