Layihənin detalları

 ANA SƏHİFƏ / Özəlləşdirmə / “Bakı Dəzgahqayırma” Açıq Səhmdar Cəmiyyəti

11.03.2019 / 17:29 | “Bakı Dəzgahqayırma” Açıq Səhmdar Cəmiyyəti

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Sənaye
  • Aid olduğu kateqoriya: Özəlləşdirmə
  • Layihəyə baxış sayı: 361 

“Bakı Dəzgahqayırma” ASC “Azərdəzgahsənaye” İstehsalat Birliyinin baş müəssisəsi olan Bakı dəzgahqayırma zavodunun əsasında yaradılmışdır. Zavod 1982-ci ildən istismara verilmişdir. O zaman üç zavoddan ibarət olan bu müəssisə Azərbaycanda mexaniki dəzgahlar istehsal edən ən iri müəssisə olmuşdur. Müəssisə oyucu, dəlmə dəzgahlar, xüsusi təyinatlı dəzgahlar və müxtəlif tipli metal ehtiyat hissələrinin istehsalı, təmir avadanlıqlarının hazırlanması üzrə ixtisaslaşmışdır. Müəssisənin illik istehsal gücü 120 mexaniki dəzgaha bərabər olmuşdur. Müəssisə tam həcmdə fəaliyyət göstərdiyi illərdə burada 850 işçi çalışmışdır. 1989-cu ildə müəssisədə əsaslı təmir işləri həyata keçirilmiş, bir sıra yeni avadanlıqlar (proqramla idarə olunan dəzgahlar) quraşdırılmışdır.


Əlavə məlumatlar

Səhmdar cəmiyyətinin Azərbaycanda rəqibinin olmadığını nəzərə alaraq, onun inkişaf perspektivinə malik olduğunu qeyd etmək olar. Müəssisədə çoxlu sayda rəqəmli proqramla idarə olunan dəzgahlar vardır və metaldan geniş çeşiddə ehtiyat hissələri istehsal edə bilər. Həmçinin, müəssisədə elektrik mühərrikləri və elektrik hissələr istisna olmaqla, maşın və dəzgahların bütün hissələri istehsal oluna bilər. Mövcud avadanlıq mənəvi və fiziki cəhətdən aşınsa da, bəzilərinin minimal məsrəflərlə təmir olunaraq istifadə edilməsi mümkündür. Müəssisə neft maşınqayırması sənayesindən sifarişlər ala bilsə, habelə istifadə edilməyən bəzi bina və avadanlıqların icarəyə verə bilsə maliyyə vəziyyəti müəyyən qədər sağlamlaşa bilər.
http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/s-naye-2?layout=edit&id=104

Yerləşdiyi rayon (şəhər)

Qeyd olunmamışdır

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz