Layihənin detalları

 ANA SƏHİFƏ / Özəlləşdirmə / “Ceyranbatan Dəmir Beton” Açıq Səhmdar Cəmiyyəti

11.03.2019 / 17:32 | “Ceyranbatan Dəmir Beton” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə 1965-ci ildə istismara verilmişdir. Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə proqramına uyğun olaraq, 2011-ci ildə “Azərsutikinti” açıq səhmdar cəmiyyətinin tabeliyində olan Ceyranbatan Sənaye törəmə müəssisəsinin bazasında “Ceyranbatan Dəmir Beton” ASC yaradılmışdır. Müəssisə dəmir-beton məmulatlarının istehsalı və satışı sahəsində ixtisaslaşır.


Əlavə məlumatlar

“Ceyranbatan Dəmir Beton” açıq səhmdar cəmiyyətinin balansında inzibati bina, yeməkxana binası, mərkəzi anbar və klub, xidmət blokları, 2 mərtəbəli istehsalat binası, laboratoriya binası və istehsalat üçün digər qurğu və avadanlıqları vardır. Ölkədə genişmiqyaslı və çoxsahəli tikinti işlərinin aparılması, yeni inzibati binaların, yaşayış binalarının, yol ötürücü qovşaqlarının, kommunikasiya və infrastruktur qurğularının inşasının davamlı artımı bu sahəyə sərmayə qoyuluşunu cəlbedici edir. Bu baxımdan “Ceyranbatan Dəmir Beton” ASC-yə investisiyaların qoyulması nəticəsində yüksək gəlir əldə etmək imkanı yaranır. <br>http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/i-ns-aat-2?layout=edit&id=111

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.com
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16
Paylaş
Yerləşdiyi rayon (şəhər)
Qeyd olunmamışdır
Geri

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz