Layihənin detalları

 ANA SƏHİFƏ / Startap / Dea Del Marie (Dənizlər İlahəsi)

28.04.2019 / 13:56 | Dea Del Marie (Dənizlər İlahəsi)

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Nəqliyyat və logistika
  • Aid olduğu kateqoriya: Startap
  • Layihəyə baxış sayı: 83 

Bütün dünya su nəqliyyatı ən problemli vasitələrdən biridir, çünki harada nə baş verəcəyi bilinməzdir və bu insanlarda müxtəlif steriotiplər yaradır. Çoxlu qəzalar, neftçilərin, balıqçıların və dənizçilərin ölümü elə ölkəmiz üçün də böyük problemlərdən biri hesab olunur. “Dea Del Mari”, yani “Dənizlər İlahəsi” bu cür fəlakətlərin önünə keçmək və can-mal itkisinin önünə keçmək üçün yaradılıb. Layihənin həyata keçməsi ilə hər kəsin canını dalğalardan qurtarmaq üçün dənizdən qaçmasına ehtiyac qalmayacaq. Bu nəqliyyat vasitəsi suyun üzəri və altı ilə də eyni imkanlar çərçivəsində sərbəst hərəkət edəcək. Üstəlik heç bir vaxt yanacaq, qida, enerji tükənməsi kimi bir problem yaşanmayacaq. Bu cür bir vasitədə insanlar sahilə çıxmadan illərlə yaşaya da bilərlər.


Əlavə məlumatlar

“Dea Del Mari” Layihəsi yerli və xarici bazarı əhatə edəcəkdir və tələbatdan asılı olaraq daha çox zəngin şərq dünyasını və bir sıra sahələrdə olan tələbatları qarşılamaq üzrə yaradılır. Bu sahələrə aid edilən istehsalat planlaşdırmamız bu cür olacaq: 1) yerli sərnişin daşıma. 2) SOCAR, BP və digər petrol şirkətləri. 3) Dövlət və digər sərhəd mühafizə xidmətləri. 4) Yerli və xarici xüsusi riskli xilasetmə dəstələri. 5) Balıqçılar. 6) Ekspedisiya qrupları. 7) Turizm şirkətləri. 8) Yükdaşıma şirkətləri. 9) Karqo və poçt şirkətləri. 10) Xarici sifarişlər. 11) Özəl sifarişlər

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.com
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16
Paylaş
Geri

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz