Layihənin detalları

 ANA SƏHİFƏ / Startap / Qeyri-Məhdud Araba (Unlimited Wheelchair)

28.04.2019 / 14:04 | Qeyri-Məhdud Araba (Unlimited Wheelchair)

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Nəqliyyat və logistika
  • Aid olduğu kateqoriya: Startap
  • Layihəyə baxış sayı: 87 

Bu gün dünyada milyonlarla fiziki məhdud imkanlara sahib olan insanlar var. Onların da çox böyük əksəriyyəti maddi imkanı çox aşağı olan insanlardı. Alıcılıq imkanı aşağı olan bir cəmiyyətlərdə on minlərlə insan araba əldə edə bilmədiyi üçün bütün ömrünü yataqda keçirməyə məhkum olmuşdur. Bir çox insan maddi gücünün olmaması ilə bağlı sadə və qol gücünə hərəkətə gətirilən arabalardan istifadə etməyə məcburdurlar. Onların hərəkətsiz və xüsusən də ağır çəkili insan olduğunu düşünərsək, bu çox qorxunc bir haldır. Bu kateqoriyadan olan insanların bu işi onların yerinə görəcəkləri bir nəqliyyat vasitəsinə ehtiyac var. “Qeyri-Məhdud Araba” Layihəsinin hazırlanmasında məqsəd: - fiziki məhdud imkanlara sahib olan insanların hərəkət imkanlarını artırmaq; - onlara aşağı maddi dəyərə daha geniş imkanlara sahib olan nəqliyyat vasitəsinin əldə edilməsində köməklik göstərmək; - "məhdud imkanlar" anlayışını minimuma salmaq.


Əlavə məlumatlar

“Qeyri-Məhdud Araba” Layihəsinin istehsalat planlaşdırması bu cür olacaq: 1) Startap layihənin birinci mərhələsində ilk nüsxə yaradılaraq müxtəlif sınaqlardan keçiriləcək, nəticələrə əsasən daha da təkmilləşdiriləcək. 2) Startap layihənin ikinci mərhələsində sınaqlardan uğurla çıxmış arabanın 100 ədəd nüsxəsi yaradılaraq yerli bazarda satışa çıxarılacaq. 3) Startap layihənin üçüncü mərhələsində daha 1000 ədəd nüsxə yaradılaraq region ölkələrində satılacaq. 4) Startap layihənin ilk 3 mərhələsi üçün bəzi ehtiyyat hissələri hazır alınacaq, lakin növbəti mərhələlər üçün isə daha böyük investisiya cəlb edərək bütün hissələri özü yaradaraq gəlirliliyi 50% artıracaq. 5) Startap layihənin növbəti mərhələlərində istehsal olunacaq məhsulların dünya bazarına çıxarılması üçün xaricdə ofis və satış mərkəzləri qurulacaq.

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.com
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16
Paylaş
Geri

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz