Layihənin detalları

 ANA SƏHİFƏ / Startap / Buqelemun

19.08.2019 / 16:36 | Buqelemun

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Təhsil
  • Aid olduğu kateqoriya: Startap
  • Layihəyə baxış sayı: 78 

Qlobal Tələbə Platforması Buqelemun.com onlayn elmi və sosial inkişaf platformasıdır. Xüsusən tələbələrə xitab edən Buqelemun elektron vəsaitlərin daha asan əldə edilməsini, daha az vaxt ərzində produktivliyi daha çox olan məlumatların mənimsənilməsini, insanların ölkəmizdə baş verən sosial fəaliyyətlərdən xəbərdar olmasını təmin edir. Buqelemun - iş elanlarını, təcrübə proqramlarını, elektron vəsaitləri (kitab, dərs vəsaiti, mühazirə, təqdimat, tədqiqat), sosial fəaliyyətləri, xaricdə təhsil elanlarını, eləcə də, lazımlı xəbərləri özündə birləşdirir.


Əlavə məlumatlar

Vizyonumuz Tələbələr tərəfindən tanınan, çağdaş yenilikləri təqib edən və yeniliklərə öncülük edən, digər tələbə kütləli platformalar tərəfindən örnək alınan qlobal tələbə platforması olmaq. Tələbələrə lazım olan informasiyanı ən optimal şəkildə çatdıran və karyeralarına qatqısı olan veb platforma olmaq. Yerli və xarici tələbələrin ünsiyyətini asanlaşdıran, elektron dərs və digər vəsaitlərin əlçatarlığını asanlaşdıran sosial tələbə şəbəkəsinə çevrilmək.

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.com
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16
Paylaş
Geri

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz