Layihənin detalları

 ANA SƏHİFƏ / Startap / TezGet ölkədaxili sərnişindaşıma xidməti

14.06.2020 / 22:27 | TezGet ölkədaxili sərnişindaşıma xidməti

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Nəqliyyat və logistika
  • Aid olduğu kateqoriya: Startap
  • Layihəyə baxış sayı: 158 

Biz fərqliliklərlə rəqabətə qatılırıq! TezGet mobil tətbiqetməsi sərnişinlər, sürücülər və sürücülük vəsiqəsi olan ayıq sürücüləri bir arada toplayaraq, onlar arasında əlaqə yaradaraq sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuşdur. - Mobil tətbiqetmə istifadəçilərə (sərnişin və sürücülərə) 2 xidmət qrupu təklif edir: Şəhərdaxili sərnişindaşıma xidməti; Şəhərlərarası sərnişindaşıma xidməti: - Mobil tətbiqetmə istifadəçilərə (sərnişin və sürücülərə) 3 xidmət növü təklif edir: Fərdi taksi xidməti; Yol yoldaşı xidməti; Ayıq sürücü xidməti: Təklif edilən xidmət qrupları və növləri aşağıdakı şəkildə təşkil olunur: 1. Şəhərdaxili (Azərbaycan Respublikasının şəhər və rayonları) sərnişindaşıma xidməti və ona aid olan alt xidmətlər: - Taksi xidməti – Fərdi taksi sifarişi üçün nəzərdə tutulmuşdur; - Yol yoldaşı xidməti – Eyni məntəqəyə gedən bir neçə şəxslərin eyni taksidən istifadə edilməsi üçün nəzərdə tutulmuşdur; - Ayıq sürücü xidməti – Spirtli içki qəbul etmiş və hər hansı səbəbdən öz nəqliyyat vasitəsini idarə edə bilməyən şəxslər üçün sürücülük vəsiqəsi olan Ayıq Sürücülərin sifariş edilməsi üçün nəzərdə tutulmuşdur. 2. Şəhərlərarası (Azərbaycan Respublikasının şəhər və rayonları) sərnişindaşıma xidməti və ona aid olan alt xidmətlər: - Taksi xidməti – Fərdi taksi sifarişi üçün nəzərdə tutulmuşdur; - Yol yoldaşı xidməti – Eyni məntəqəyə gedən bir neçə şəxslərin eyni taksidən istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. 3. Ayıq sürücü xidməti (Azərbaycan Respublikasının şəhər və rayonları) – Spirtli içki qəbul etmiş və hər hansı səbəbdən öz nəqliyyat vasitəsini idarə edə bilməyən şəxslər üçün sürücülük vəsiqəsi olan Ayıq Sürücülərin sifariş edilməsi üçün nəzərdə tutulmuşdur.


Əlavə məlumatlar

TezGet Ölkədaxili sərnişindaşıma xidməti. SÜRÜCÜLƏR üçün üstünlüklər: 1. Sifarişlərdə 0% komissiya məbləği. 2. Sürücülər tərəfindən gediş qiymətlərinin təyin edilməsi (minimum gediş məbləği, 1 km məsafəyə görə qiymət). 3. Şəhərdaxili (rayondaxili) sifarişlərin qəbulu. 4. Şəhərlərarası (rayonlararası) sifarişlərin qəbulu. 5. Ayıq sürücü sifarişlərinin qəbulu 6. Bütün ölkə daxilində fəaliyyət göstərmək. 7. Fərdi şəkildə taksi biznesi idarəçiliyi. 8. Sifariş məbləğindən aslı olmayaraq bütün taksi sifarişlərində cəmi 20 qəpik sabit xidmət haqqı. 9. Sağlam və şəffaf rəqabətli sistem. 10. Bütün bunlar 1 mobil tətbiqdə. SƏRNİŞİNLƏR üçün üstünlüklər: 1. Nəqliyyat vasitəsinə görə taksi seçimi. 2. Gediş qiymətinə görə taksi seçimi. 3. Məsafəyə görə taksi seçimi. 4. Sağlam rəqabətli mühitdə sərfəli və keyfiyyətli xidmət. 4. Şəhərdaxili (rayondaxili) taksi sifarişi. 5. Şəhərlərarası (rayonlararası) taksi sifarişi. 6. Ayıq Sürücü xidməti. 7. Şəhərdaxili (rayondaxili) Yol Yoldaşı xidməti. 8. Yol Yoldaşı xidmətində online şəkildə yer bron olunması. 9. Bütün ölkə daxilində istifadə. 10. Bütün bunlar 1 mobil tətbiqdə

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz