Layihənin detalları

 ANA SƏHİFƏ / Startap / kreativmart.com Portalının qurulması

09.04.2021 / 13:04 | kreativmart.com Portalının qurulması

  • Yerləşdiyi rayon (şəhər): Gəncə şəhəri
  • Aid olduğu sektor: Digər
  • Aid olduğu kateqoriya: Startap
  • Layihəyə baxış sayı: 69 

"Yaradıcı insanların virtual məkanı" olmaq qayəsi ilə fəaliyyətə başlayan kreativmart.com platforması yaradıcı sənayenin bütün növlərinə aid məhsulları online nümayişi və satışı, mədəniyyət və incəsənətlə bağlı virtual dərslər və maraqlı bloq yazılarını özündə birləşdirdir.


Əlavə məlumatlar

Layihənin təklif etdiyi əsas məhsul “kreativmart.com” internet saytıdır bu saytda aşağıdakı bölmələrin və xidmətlərin olması nəzərdə tutulmuşdur: - “Sərgi salonunu aç” bu bölmədə rəssam, fotoqraf, dizayner, modelyer kimi peşə sahibləri saytda qeydiyyatdan keçərək öz məhsullarını nümayiş etdirə və sata biləcəklər; - “Mikrofon sənindir” bu bölmə vasitəsi ilə müğənni, reper və s. peşələrin sahibləri saytda qeydiyyatdan keçərək öz məhsullarını nümayiş etdirə və sata biləcəklər; - “Üç, iki, bir motor” bu bölmə vasitəsi ilə videoqraf, rejissor, operator video bloqer kimi peşə sahibləri saytda qeydiyyatdan keçərək öz məhsullarını nümayiş etdirə və sata biləcəklər; - “Oxu guşəsi” bu bölmə vasitəsi ilə şair, yazıçı və s. peşə sahibləri öz əsərlərini oxuculara təqdim edə və sata biləcəklər; - “Kreativ vitrin” bu bölmədə istənilən şəxs yaradıcı sənayeyə aid olan məhsulları (kitablar, disklər, kasetlər, əl işləri, antikvar əşyalar və s.) nümayiş etdirə, sata və axtardığı məhsulun şəklini və ya məlumatlarını əlavə edərək tələb edə biləcək; - “Virtual sinif” bu bölmədə incəsənətin müxtəlif sahələri ilə məşğul olan şəxslər müəllim kimi qeydiyyatdan keçərək öz sahələrinə uyğun online dərslər keçə biləcək. - Saytda “Haqqımızda”, “Əlaqə”, “Bloq” kimi bölmələrlə yanaşı ehtiyaca və tələbə uyğun yeni bölmələr də əlavə edilməsi nəzərdə tutulmuşdur. - Layihənin sosial və ənənəvi mediada geniş təbliği, marketinqinin və PR-nın aparılması və maraqlı şəxslər qismində dövlət və özəl qurumlarla əməkdaşlığın qurulması nəzərdə tutulmuşdur.

Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı ş, Yasamal r, L.Landau küçəsi 16

Tərəfdaşlar

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz