“Enterprise Azerbaijan” beynəlxalq fintek platforması ilə əməkdaşlıq edəcək

  • 11.11.2026 / 16:30
  • 120 baxış
“Enterprise Azerbaijan” beynəlxalq fintek platforması ilə əməkdaşlıq edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı ilə Türkiyənin fintek sahəsində ixtisaslaşmış media və ekosistem platforması “FT Finansal Teknoloji” arasında əməkdaşlıq imkanları müzakirə olunub.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov (Isa Qasimov) ilə “FT Finansal Teknoloji” şirkətinin təsisçisi və rəhbəri Ümit Özdemir arasında keçirilən onlayn görüşdə Azərbaycanın fintek və startap ekosisteminin beynəlxalq səviyyədə tanıdılması, yerli startapların investisiya imkanlarının genişləndirilməsi və xarici bazarlara çıxışının dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.

Görüş zamanı “Enterprise Azerbaijan” portalının fəaliyyəti və strateji prioritetləri, eləcə də “FT Finansal Teknoloji” tərəfindən 2027-ci ilin yanvar ayında nəşri nəzərdə tutulan “Global Fintech Insights 2027” hesabatı barədə məlumat verilib.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz