21.10.2025 / 19:01
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Səhiyyə və farmoseptika
- Aid olduğu kateqoriya: Startap
Mobil Klinika — Bakı və Azərbaycanın bölgələrində yaşayan əhalini ixtisaslı həkimlərə çıxışı asanlaşdıran mobil tətbiqdir. Xidmət hibrid modeldə qurulub: ilkin ehtiyac olduqda onlayn konsultasiya keçirilir, daha sonra eyni xidmət çərçivəsində canlı müayinə təşkil olunur. İstifadəçi bir ödənişlə həm onlayn, həm də üz-üzə tibbi xidmət əldə edir. Platforma pasiyentlə həkim arasında rahat, şəffaf və etibarlı əlaqə yaradır.







