18.03.2022 / 17:29
EnterpriseAzerbaijan təqdim edir:
MadeinAzerbaijan məhsulu olan "W-ball" cihazının ilk real işlək prototipi artıq hazırdır.
Cihaz ultrasəs texnologiyasından istifadə etməklə paltarlarda və digər əşyalarda daha çox təmizlik yaratmağı təmin edir.
Wball kimyəvi maddə və sudan daha az istifadə edir;
Üç qat daha təsirlidir;
Həssas parçalar və bahalı ipək üçün əvəzolunmaz həlldir;
Azərbaycan beyin məhsuludur;
Amerika Birləşmiş Ştatlarının Patent və Əmtəə Nişanı Ofisində məhsula dair müəllif hüququ qeydiyyata alınıb;
Naqilsiz şarj olunur və 3 saatadək fasiləsiz işləyə bilir;
Kütləvi istehsalına başlandıqdan sonra Amazon və Ebay platformaları vasitəsilə "Made in Azerbaijan" brendi adı altında satışa çıxarılacaq.









