"EnterpriseAzerbaijan" portalı “Azərbaycanın 1-ci E-ticarət günü” tədbirində iştirak edəcək

"EnterpriseAzerbaijan" portalı “Azərbaycanın 1-ci E-ticarət günü” tədbirində iştirak edəcək

12.12.2022 / 12:13

"EnterpriseAzerbaijan" portalı "Azexport.az" - ın partnyoru olduğu “Azərbaycanın 1-ci E-ticarət günü” tədbirində iştirak edəcək.

16 dekabr tarixində “Trendyol”, “Segmentify”, “A101 Kapıda” şirkətləri kimi Türkiyənin elektron ticarət nəhəngləri ilə Azərbaycanın ən böyük elektron ticarət konfransında bir araya gələcəyik.

"EnterpriseAzerbaijan" portalı "Azexport.az" - ın tərəfdaşı olduğu “Azərbaycanın 1-ci e-ticarət günü” tədbirində iştirak edəcək.

16 dekabr tarixində “Trendyol”, “Segmentify”, “A101 Kapıda” şirkətləri kimi Türkiyənin nəhəng elektron ticarət portalları Azərbaycanın ən böyük elektron ticarət konfransında bir araya gələcək.

"EnterpriseAzerbaijan" portalının nümayəndələri Azərbaycanda elektron ticarət istiqamətinin aparıcı simalarının da qatılacağı Forumda bu sahənin imkanlarını, inkişaf perspektivlərini, dünya ölkələrinin ən uğurlu təcrübələrini müzakirə edəcək.

“PAŞA Bank”ın baş sponsorluğu ilə keçiriləcək bu konfrans həm də işgüzar əlaqələri genişləndirmək və yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm tədbirdir.

Tədbirdə iştirak və ətraflı məlumat üçün:

https://www.ecomazerbaijan.com/az/ana-səhifə

News Here you can subscribe to the news on the page