Bu istifadəçi razılaşması portaldan, orada nəzərdə tutulan xidmətlərdən, proqram təminatından və vasitələrdən istifadənin şərt və müddəalarını özündə əks etdirir. Portaldan istifadə etməklə Siz, Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən AR-in Konstitusiyasının, Mülki Məcəllənin və digər aidiyyəti normativ-hüquqi aktların tələbləri daxilində tərtib olunmuş qaydaları və şərtləri qəbul etdiyinizi təsdiqləmiş olursunuz.
Portalın yaradılmasında başlıca məqsəd yerli fiziki və hüquqi şəxslərin və digər fərdlərin öz investisiya layihələrini və digər biznes ideyalarını yerləşdirməklə yerli və xarici investorlarla əlqə yaratmasına yardım etməkdir. Portal Azərbaycan Respublikası üzrə investisiya layihələrini və digər biznes ideyalarını özündə cəmləşdirən məlumat bazası olmaqla üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.
Qeydiyyatdan keçmiş və investisiya layihəsini portal yükləmiş istifadəçi bilməlidir ki, portala yüklənmiş investisiya layihəsinin mütləq şəkildə dövlət vəsaiti hesabına və ya portal tərəfindən maliyyəşdirilməsi nəzərdə tutulmur.
Portala təqdim edilmiş layihələr portalın rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş kriteriyalara uyğun gəlməlidir.
Qeydiyyat. EnterpriseAzerbaijan.com portalının tam xidmətlər paketindən yalnız saytın qeydiyyatdan keçmiş istifadəçiləri yararlana bilərlər.
Qeydiyyatdan keçdikdən sonra siz portalın xidmətindən istifadə etmək üçün istifadəçi adı və parolu əldə edirsiniz. Siz istifadəçi adınızın və parolunuzun təhlükəsizliyinə və həmçinin bu ad və parol altında etdiyiniz bütün əməliyyatlara görə məsuliyyət daşıyırsınız.
Saytın rəhbərliyi ilkin xəbərdarlıq vermədən qeydiyyatdan keçmiş istifadəçilərin portala girişini məhdudlaşdıra bilər.
Qeydiyyat zamanı Siz özünüz və şirkətiniz barədə tam və dəqiq məlumat verməlisiniz, həmçinin profaylınızda barənizdə olan məlumatların aktuallığına nəzarət etməlisiniz.
Siz istifadəçi profaylınızın qorunması və gizli saxlanılmasında məsuliyyət daşıyırsınız. Sizin ad və parolunuzdan razılığınız olmadan istifadə edilərsə dərhal bu barədə portalın inzibatçısına xəbər verməlisiniz. Sizin razılığınız olmadan istifadəçi profaylınızdan istifadə edərək Sizə vurulan maddi və mənəvi zərərə görə portal heç bir məsuliyyət daşımır. Sizin istifadəçi profaylınızdan istifadə edərək üçüncü şəxslərə və ya portala dəymiş zərərə görə məsuliyyət daşıyırsınız.
Portal, qeydiyyat zamanı istifadə etdiyiniz məlumatların doğruluğunu təsdiq edən sənədləri tələb etmə hüququna malikdir.
Portalda verilən informasiyanın düzgünlüyünə görə portalın rəhbərliyi heç bir məsuliyyət daşımır.
Portaldan istifadə ilə bağlı istifadəçilərə dəyən birbaşa və ya dolayı, maddi, mənəvi və digər istənilən zərərə görə portalın rəhbərliyi heç bir məsuliyyət daşımır.
Öhdəliklər.
Portalda aşağıdakılar qadağan olunur:
Portalın rəhbərliyi təqdim edilmiş məlumatın yerləşdirilməsi və ya silinməsi ilə bağlı qərar verilməsində tam sərbəstdir. Təqdim olunan informasiyanın və ya həmin informasiyanın bir hissəsinin qeydiyyatdan keçmiş istifadəçinin intelektual mülkiyyəti kimi qorunduğu hallarda, istifadəçi portalın rəhbərliyinə bu informasiyanı yaymağa icazə vermiş olur.
Portalın rəhbərliyi təqdim edilmiş investisiya layihəsi və ya biznes ideyasını texniki parametrlərə uyğun olaraq dəyişməkdə sərbəstdir. Zəruri olduğu hallarda portalın rəhbərliyi portal girişi məhdudlaşdıra və ya ümumiyyətlə ləğv edə bilər. portalda yerləşdirlmiş məlumat yeni olmaya bilər və məlumatın yenilənməsi üçün portalın rəhbərliyinın heç bir öhdəliyi yoxdur.
Portalda göstərilən xidmətlər pulsuzdur.
Hər hansı bir xidmət üçün ödəniş tələb olunduğu halda portal rəhbərliyi müvafiq bölmədə bu barədə məlumat yerləşdirəcək.
Portalın istifadəçiləri arasında mübahisələr ilkin olaraq qanunvericiliyə zidd olmayan məhkəmədən-kənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll olunur;
Portal mübahisələrin həlli üçün tərəflərdən hər hansı birinin müraciəti əsasında araşdırma başlayır və portal vasitəsi ilə aparılan yazışmalardan istifadə edir;
İddialara məhkəmələr qanunvericilikdə müəyyən olunmuş müddətdə baxırlar.
Portalın rəhbərliyi istifadə qaydalarında dəyişikliklər etməkdə sərbəstdir. İstifadə qaydalarında dəyişikliklər edildiyi halda portalın istifadəçilərinə bu barədə məlumat veriləcək.