01.10.2018 / 19:57
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Elm və texnologiya
- Aid olduğu kateqoriya: Startap
"Handie" uzaqdan idarəetmə üzrə yenilik gətirən smart əlcəkdir və universal idarəetmə cihazı kimi istifadə olunur. Bu əlcək Bluetooth HID və ya IR (infraqırmızı dalğalar) dəstəyi olan cihazlara bağlanaraq sadəcə barmaqlara toxunmaqla həmin cihazlarda müxtəlif funksiyaları yerinə yetirməyə imkan verir. İlkin olaraq görmə əngəlli insanlara hədəflənmiş bu layihə eyni zamanda digər insanları da rahat idarəetmə ilə təmin edir. Məqsəd bütün elektron cihazları bir idarəetmə pultu altında birləşdirməkdir - elə bir pult ki, iş prinsipi sadəcə insan əlinin hissiyyatına əsaslanır və baxmadan da istifadə edilməsini mümkün edir, bu da öz növbəsində cihazı görmə əngəlli insanların da istifadəsinə uyğun edir.