Fanera Istehsalı

08.10.2018 / 15:53

Layihə çərçivəsində Azərbaycan respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində yerli xammal olan qamış və qarğı bitkilərinin gövdəsindən yeni texnologiya vasitəsilə ölkədə böyük əhəmiyyəti olacaq lövhələrin (fanera) istehsalı üçün fabrikin qurularaq yeni istehsal sahəsinin yaradılması nəzərdə tutulmuşdur. Həmin lövhələr taxtadan hazırlanan faneraların alternativi olacaqdır. Qurulan fabrikdə istehsal olunan lövhələrdən sonrakı mərhələlərdə meyvə-tərəvəz yeşiklərinin, qablaşdırma taralarının, mebel sənayesi istifadə olunacaq faneraların, suvenir qabların, arakəsmə və jalüzlərin, tikinti sektoru üçün faneraların istehsal edilməsi nəzərdə tutulur. Bütün bu məhsullar yerli xammaldan istifadə edilərək istehsal olunan “MADE IN AZERBAIJAN” məhsulu olacaqdır və idxalı əvəz edən yerli istehsal sahəsi formalaşdırılıcaqdır.

Yerləşdiyi rayon (şəhər)


Qeyd olunmamışdır

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz