13.10.2018 / 23:04
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Nəqliyyat və logistika
- Aid olduğu kateqoriya: Startap
Öz ideyasını "Premmium Rush" adlı bir filmindən götürmüş VeloKuryer, 2015-ci ilin oktyabrından etibarən şirkət kimi rəsmi fəaliyyətə başlamışdır. Şirkətin əsas məqsədi müştəri məmnuniyyətini önə alaraq sifarişləri ən qısa zamanda çatdırmaqdan ibarətdir. Fəaliyyət müddətində həmçinin VeloTəlim, VeloKirayə, VeloParking və VeloTur xidmətlərini istifadəçilərimizə və ölkəmizin qonaqlarına təqdim etmişik. Hal hazırda onlayn platforma yaratmaqla kuryer xidmətimizdə yeniliklər etməyə çalışırıq. Bunlar, sifariş proesdurunu asanlaşdıracaq, sifarişin götürülmə və çatdırılma zamanını sürətləndirəcək, ən əsası isə daşınma qiymətlərini ucuzlaşdıracaq. Təqdim etdiyimiz onlayn platformada sifarişçi, mobil tətbiq vasitəsilə bir neçə klikə sifariş növü və müddətini qeyd etməklə kuryer çağıra biləcək. Eyni zamanda tələbələr də heç bir iş təcrübəsinə ehtiyac olmadan sərbəst qrafiklə çalışaraq qazanc imkanı əldə edəcək. Bu gün şirkətimiz keyfiyyəti və sürəti ilə tanınır. Kuryer xidmətləri ilə paralel şir