Mappy - Uşaqlar və məktəblilər üçün ölkələrin coğrafi xəritəsi formasında puzzle

26.11.2018 / 10:28

Puzzle-ın xəritə formasında hazırlanması uşaqların erkən yaşlardan təbiəti, elementləri, ölkələri, şəhərləri və.s daha asan və əyləncəli şəkildə öyrənməsində böyük rol oynaya bilər. Bundan başqa, onlar sözləri də daha asan şəkildə qavraya və yadda saxlaya bilərlər. Məsələn, “ağac” şəklinə baxıb onun nə olduğunu öyrəndikdən sonra, uşaqlar “ağac” sözünü asanlıqla xatırlaya biləcəklər, ağacın hansı formada və rənglərdə olduğunu həm puzzle vasitəsilə, həm də gerçək həyatdakı müşahidələri əsasında qavraya biləcəklər. Bu, həm də onların daha tez öyrənməsinə yardımçı olacaq. Bildiyimiz kimi uşaqların erkən yaşlardan daha çox qayğıya və öyrənməyə ehtiyacı var. Bu prosesi daha əyləncəli və uşaqları yormadan həyata keçirmək üçün rəngarəng və ölkələrin xəritələrini birləşdirən puzzle onlar üçün ən yaxşı seçimdir. Bu puzzle müxtəlif elementlərdən ibarətdir (Məsələn, Binalar, Ağaclar, Dağlar, Heyvanlar, Meyvələr, Quşlar və.s). Rəng seçimi bu prosesdə ən əsas amillərdən biridir. Dizayn etdiyimiz puzzle-larda və onların elementlərində doğru rəng seçimi əsas hədəflərimizdən biridir. Cünki, doğru rəng seçimi insanlarda və əsasən də uşaqların psixologiyasında, onların motivasiyasında simvolik rol oynayır. Məsələn, qırmızı rəng coşğunluq, sarı rəng istilik və yaşıl rəng sakitləşdirici hiss verdiyi üçün seçdiyimiz hər bir puzzle elementində bu amillər nəzərə alınır. Hədəf qrupu ilk mərhələdə 3-5 və 5-8 yaş arası uşaqlardır. Bu baxımdan puzzle-lar fərqli şəkildə dizayn ediləcək. Məsələn, 5-7 yaş arası uşaqlar üçün hazırlanan puzzle 44-45 elementdən (ağac, heyvan, quş, bina və.s) ibarət olacaq.

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz