Edu Record

03.12.2018 / 12:51

Mən bu layihənin Azərbaycanın ümumi təhsil müəsssisələrində tətbiq edilməsini təklif edirəm. Bu proqramı tətbiq etməklə şagird və tələbələrin valideynləri hər gün övladlarının qiymətləndirilməsini və bütün nöqsanlarını biləcəklər. Bu proqrama dərslik çərçivəsində məntiqi suallar şahmat və dama oyunları daxildir. Qeyd etdiyim dərslik çərçivəsində şagirdlər, siniflər, məktəblər, rayonlar arası və ölkə birinciliyi üzrə yarışlar keçirilə bilər.Bu layihəni tətbiq etməklə günün, həftənin, ayın və ilin əlaçıları elektron şərəf lövhəsində əks olunacaqlar. Statistik göstəricilər şagird və ya tələbələr arasında xoş rəqabət yaradacaqdır. Qiymətləndirmə tam dərslik çərçivəsində jurnal üzrə aparılacaq. Şagird və tələbələrin təhsil aldığı müddətdə çəkdirdikləri fotolar,videolar,albomlar və vinetkalar elektronlaşaraq yaddaşda qalacaq. Uzun illər ötdükdən sonra şagird və ya tələbələr biri biriləri ilə asanlıqla əlaqə yaradaraq keçirdiyi günləri, xoş təəsüratları bu foto və videolarla xatırlayacaqlar. Bu proqram vasitəsi ilə şagirdlər təhsil aldığı müddətdə və ya təhsilinni bitirdikdən sonra bir birlərinə şərhlər yazacaqlar. Bu proqram android və Windows versiyada təqdim olunacaq. Bu proqram ilk olaraq Azərbaycan, İngilis, Rus dillərində yazılacaq. Bu layihənin gəlirləri play market yükləmələrindən, internet trafikindən, meqabayt, kontur və sms xərcləri ilə formalaşacaq. Bu gəlirlərlə dövlət vergilərinin ödənilməsinə Respublika üzrə əlaçıların məktəbli forması, ləvazimatları və digər ehtiyacları əsaslı şəkildə təmin olunacaq. Bu mükafatlar direktor və ya sinif rəhbərlərinə də şamil olunacaq. Müəllim qiymətləndirməni mobil telefon və ya digər qurğularda apardığına görə əlaçı şagirdlər də sayina əsasən mükafatlandırılacaq. Bu layihə Azərbaycan Respublikasının ümumtəhsil müəssilərində ən virtual sistem olacaq.

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz