22.04.2019 / 20:28
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Elm və texnologiya
- Aid olduğu kateqoriya: Startap
Whelp Birləşmiş Müştəri Xidmətləri SaaS platformasıdır. Proqram həm hər bir mesajlaşma kanalını (telefon zənglərindən SMS-lərə, elektron poçtdan sosial messengerlərə, canlı söhbətdən botlara qədər) birləşdirir, həm də bütün işləri (bütün prosesi) bir yerdə (bir tətbiqdə) saxlamaq üçün faturalandırma texnologiyası və ödəniş şəbəkələri kimi alətləri birləşdirir. Whelp istənilən ölçülü şirkətlər üçün 15 əlaqə kanalını bir araya gətirən veb-əsaslı SaaS həlli təklif edir və satış mütəxəssislərinə ilkin əlaqədən satışa qədər müştərilərlə ünsiyyət saxlamağa kömək edir. Whelp, bazarda messencerlərin ödəniş şebekələrini təklif edən yeganə platformdur, beləliklə qarşılıqlı ticarət prosesi üçün həll və son vasitədir. İndi şirkətlər veb-əsaslı “hərşey-bir-arada” həlli yolu ilə end-istifadəçiləri üçün problemsiz və sürtünməsiz dəstək təmin edə və həmçinin, hər hansı bir müştəri sorğusu haqqında məlumatn itirilməsinə mane ola bilərlər. Şəxsi məlumatların gizliliyinin daha yaxşı təmin edilməsi ilə, başdan-başa şifrələnmiş platformamız şirkətlərə müştəri məsələlərini həll etməyə kömək edir və istənilən ölçülü şirkət üçün ən rahat əlaqə proqramı olan 15 mesajlaşma platforması ilə dəstək verir.