26.04.2019 / 20:32
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu kateqoriya: İdeyalar
Xoşbəxt həyat sürməyimiz, uğur qazanmağımız üçün biz hər zaman inkişaf etməli və özümüzün ən yaxşı versiyası olmalıyıq! Lakin 21-ci əsrin bizə gətirdiyi sosial media və digər xarici maneələr bizim iradəmizə təsir edir. Məsələn, sağlamlıq üçün gün ərzində 30 dəqiqə yürüyüş etmək çox sadə olsa da, insanlar vaxt azlığı, işlərin çoxluğu və s. kimi bəhanələr gətirirlər. Bizim ideyamız Matt Cutts-in “30 gün ərzində yeni bir şey yoxla” ideologiyasının əsasında formalaşıb. O bildirir ki, insanlar sevdiyi bir işi 30 gün ərzində edərsə, uyğun olduğu halda onların hobbisinə çevrilir və həyatlarını daha maraqlı edir. 30 gün sonunda uzunmüddətli vərdişə çevrilməsə belə, sevdiyi bir şeyin əslində ona uyğun olmadığını anlayır və üstündən xətt çəkir. Yaratdığımız proqramda, insanlar 1 aylıq hədəf qoyacaqlar, bu hədəflər proqramda olacaqdır. Məsələn, gün ərzində kitab oxumaq. İnsanlar proqrama gün ərzində neçə səhifə oxuduqlarını qeyd edir və proqram gün boyu müxtəlif bildirişlər göndərir. Misal olaraq, “Bu gün neçə səhifə oxudun?”, “Bəlkə bir az daha oxuyaq?”