28.04.2019 / 12:15
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
- Aid olduğu kateqoriya: Startap
Bir çoxlarımız evimizdə və ya ofisimizdə ən az bir bitki saxlayırıq. Bu bitkilər xəstələndikdə isə, saatlarla, bəzən də günlərlə internetdə, kitablarda və ya başqa informasiya mənbələrində araşdırma aparmalı oluruq. Bütün bunlar fayda vermədiyi və mütəxəssisə müraciətə ehtiyac yaranan hallar da az olmur. HealWith bu mövzuda bizim köməyimizə çatır. O, süni intellekt vasitəsilə xəstəliyi tapır və müvafiq müalicə metodlarını göstərir, beləcə, biz vaxtımıza qənaət edirik və bitkimizin düzgün yolla müalicə olunduğundan əmin oluruq. HealWith müəyyən mənada “ cib aqronomu ” rolunu oynayır. Etməli olduğumuz tək şey isə xəstə bitkimizin şəklini çəkmək və HealWith-in öz işini görməsini gözləməkdir.