Spot Translator

29.04.2019 / 20:11

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Telekommunikasiya və poçt
  • Aid olduğu kateqoriya: Startap

Müxtəlif ölkələrdən olan fərqli dillərdə danışan insanlar bir-biriləri ilə, xüsusilə də, sosial media platformalarında ünsiyyət qurmaqda çətinlik çəkirlər. “Google Translate” kimi proqramlar insanlara ünsiyyət qurmağa imkan yaratsa da, diskomfort və asan istifadə edə bilməmək kimi problemlərə görə hər zaman üstünlük verilmir. “Spot Translator” ideyamiz istifadəçilərə müxtəlif ölkələrdən olan insanlarla dil problemlərini aradan qaldırmaqla ünsiyyət qurmağa imkan verir. Proses belədir: Deyək ki, Mixail (Rusiyadan) Azərbaycandan olan bir nəfərlə (Əhməd adlandıraq) danışmağa çalışır. Ancaq, problem odur ki, Mixail azərbaycanca danışa bilmir. Bizim ideyamız (məhsulumuz) bu problemi həll etməkdə böyük rol oynayır. Proqramı, “Spot Translator”, yüklədikdən və aktivləşdirdikdən sonra Mixail “привет” yazır (rus dilində). “Spot Translator” dərhal bunu azərbaycan dilinə tərcümə edir və Mixaila mümkün seçimləri təklif edir. Bu misalda yeganə seçim “salam”dır (azərbaycan dilində). Mikayıl “salam” seçimini seçir və bunu Əhmədə göndərir və söhbət bu yolla davam edir. Beləliklə, Mixail “Spot Translator”un köməyi ilə bu problemi həll etməyə müvəffəq oldu. Proqramın hədəf kütləsi heç bir cinsi, irqi, etnik mənsubiyyəti, yaşı, ailə vəziyyəti, iş yeri, region və s. meyarlar ilə məhdudlaşmır. Əgər potensial istifadəçiləri təsvir etməli olsaq, onda sosial mediadan ünsiyyət qurmaq və əlaqə saxlamaq məqsədilə istifadə edən hər bir kəsi qeyd edə bilərik. Beləliklə, bu, bazarın ölçüsünə görə möhtəşəm seqmentdir. “Spot Translator”dan gəlir əldə etməyin bir neçə yolu var. Birincisi, biz proqramdan bir aylıq pulsuz istifadə təklif edə bilərik. Əgər istifadəçilər məmnun qalsalar, onlar asanlıqla proqramdan istifadə etmək üçün aylıq ödəniş edə bilərlər. İkincisi, biz proqramı pulsuz təklif edərək, proqram daxilində reklamlardan gəlir əldə edə bilərik. Üçüncüsü isə ödəniş qarşılığında istifadəçilərə daha qabaqcıl imkanlarla (məsələn, sözlərin əvəzinə cümlələri təklif etmək) sadə versiyadan fərqli olan “Spot Translator Premium” təklif edə bilərik. Onu qeyd etmək istərdik ki, əgər proqramın proqramlaşdırma/kodlaşdırma/proqram təminatı baxımından çətin olduğunu düşünürsünüzsə, xərcləri əhəmiyyətli dərəcədə azaltmaq üçün “Spot Translator” proqramını “Google Translator” (və ya başqa digər tərcümə proqramı) ilə əlaqələndirməyi planlaşdırırıq.


Əlavə məlumatlar

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz