07.07.2019 / 14:44
- Yerləşdiyi rayon (şəhər): Beyləqan rayonu
- Aid olduğu kateqoriya: İdeyalar
Bildiyimiz kimi müasir telefonların ən zəif cəhətləri enerjinin kifayət qədər çox saxlamaq qabiliyyətinin olmamasıdır. Tez tez enerji yüklənməsi isə telefon batareyalarının zəifləməsinə və sıradan çıxmasına gətirib çıxarır. Bu isə bir çox bahalı telefonların vaxtından əvvəl istifadəsini məhdudlaşdırır. Mənim ideyamın mahiyyəti budur; Yeni nəsil telefonlar istehsal edən zaman telefonlarda enerji yükləmək üçün USB yerləri ilə yanaşı əlavə bir adaptor qoşulmaq üçün yer qoyulsun. bu zaman adabtorlar iki başlıqlı istehsal olunsun bir başlıq telefonun enerji yığması üçün o biri başlıq isə telefonun işləməsi üçün olsun. Belə olduğu zaman telefonun enerji yığımı daha sürətli olacaq, eyni vaxtda telefon həm enerji yükləyəcək həmdə nə qədər istəsəniz telefonu birbaşa elektriklə işlətmək mümkün olacaq. Telefonlar enerji yükləməsi zamanı qızmayacaq həm də batareyaları daha uzun ömürlü olacaq. Bu ideyadakı telefon satışa çıxarsa digər telefonlarla asan şəkildə rəqabətə girərək tez bir zamanda böyük satışa nail olacaq. Bazarda tam olaraq analoqu olmayan bir yeni model kimi tanınacaq. Eyni zamanda yeni iki başlıqlı adaptorlar da bazarda sürətli satışa sahib olacaqdır.