31.07.2019 / 15:24
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Elm və texnologiya
- Aid olduğu kateqoriya: Startap
Təklif edilən məhsul əsas iki hissədən ibarət olmaqla istifadəçinin enerji və təlükəsizlik çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulub. Məhsulun əsas hissələrindən biri enerji saxlayan batareyalardır ki, orta ölçüdə 15000 mA/saat rezerv imkanına malikdir. Digər vacib hissə avadanlıq hissəsinin idarəsini və istifadəçinin mobil cihazı ilə əlaqəni yaradan elektron sxemlər və sensorlardır.
Tələb olunan investisiyanın həcmi
Əlavə məlumatlar
Cari məhsulun yerli bazarda tam olaraq alternativi yoxdur. Digər sözlə desək pover bank kimi qadgetlər tam olaraq alternativ rəqib sayılmırlar. Məhsulun digər bənzərlərindən üstünlüyü enerji depolamaqla bərabər istifadəçiyə təhlükəsizlik xüsusiyyətlərini də verməsidir. Belə ki, cari məhsuldan yararlandığımızda çanta və ya məhsulun qoyulduğu digər nəsnələr oğurlanma və itirilmə əleyhinə təhlükəsizlik sistemi ilə təmin edilmiş olur. Bazarda enerji saxlayan qadgetlərin mövcud olduğunu nəzərə alaraq hazırlanmış məhsulda əsas üstünlüyün təhlükəsizliyi təmin etməsi və itirildiyi zaman gps vasitəsilə tapıla bilməsi təşkil edir. Bir sözlə desək enerji depolayan pover bank qiymətinə eyni gücdə olan pover bank və əlavə olaraq təhlükəsizliyi təmin edən sistem əldə etmək imkanımız var. Bundan başqa məhsulun digər əlavələrini (günəş paneli, əl generatoru və s) quraşdırdığımızda elektrik şəbəkəsinə qoşulmadan enerji depolamaq imkanı da əldə etmiş oluruq. Məhsul hal- hazırda prototip mərhələsini bitirib və test mərhələsi keçir. Çoxsaylı apardığımız uğurlu testlərə rəğmən test mərhələsinin bir qədər də davam etdirilməsini planlaşdırırıq. Məhsulun əvvəlki konsepti “ağıılı çanta” idi və öncəki konsept 3 il əvvəl formalaşmışdı. Cari, yeni konsept isə istehsal xərclərini kifayət qədər azaltdığından bu istiqamətdə davam etmək qərarı 9 ay öncə alındı. Yeni konseptin 9 ay öncəyə təsadüf etməsinə rəğmən komanda üzvlərimiz asüdə zamanlarında bu işlə məşğul olduğundan məhsulun formalaşdırılmasına tam olaraq 9 ayın sərf edilmədiyini vurğulamaq istərdim.
Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47