Cleanaera

02.08.2019 / 15:20

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Elm və texnologiya
  • Aid olduğu kateqoriya: Startap

Bildiyiniz kimi, Ekologiya Nazirliyi restoranlardan havaya buraxılan zərərli qazların müqabilində onlardan çox böyük miqdarda vergi tələb edir. Ya da verginin əvəzinə restoranlar xüsusi hava təmizləyici filterlərdən istifadə etməlidirlər. Bu filterlər isə çox bahadır və xarici ölkələrdən gətirilir. Əlavə olaraq, onların dəyişdirilməsi və təmiri prosesi də uzun və çətin başa gəlir. Elə bu səbəbdən biz restoranlara daha keyfiyyətli, qiyməti münasib olan və uzun ömürlü filterlər təklif edirik. Bizim qurğumuzun maketi və işləmə prinsipi artıq hazırdır. Komandamızla birgə universitetimiz Bakı Ali Neft Məktəbinin laboratoriyasında dosentimiz Amir Reza Vakhsourinin elmi rəhbərliyi altında müəyyən maddələr hazırlamışıq və onlar tüstünü udma xassəsinə malikdir. Hazırladığımız maddələr qurğumuzun tərkibinə yerləşdiriləcək və tüstünü tutmağa xidmət edəcək. Onu da qeyd edim ki, müəyyən müddətdən sonra hazırladığımız maddə dəyişdirilib yenisi ilə əvəz olunmalıdır. Bu yenisi ilə əvəz olunma prosesi həm restoranların özləri tərəfindən asanlıqla başa gələcək, həm də çox münasib qiymətə yeni hissələr əldə olunacaq. İstifadə olunan maddələr təbiətdə yenidən emal olunma və hətta tərkibinə görə gübrə kimi istifadə olunma xassəsinə malikdir.


Əlavə məlumatlar

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz