21.11.2019 / 00:24
Tullantılar, o cümlədən bərk tullantılar çoxtonlu istehsal və tələbat (istehlak) tullantıları olub müasir dövrün mühüm sosial-iqtisadi və ekoloji problemlərindən biridir. Tullantılar prinsipial fərqli ikili xüsusiyyətlə səciyyələnir. Bir tərəfdən tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan material-xammal və istilik-energetik resurs (təkrar material resursları) mənbəyidir.
Şabran rayonunda tullantıların aşırı dərəcədə çoxluğu belə bir müəssənin burda tikilib istifadəyə verilməsinə əsas verir.Bu müəssisə Şabran rayonu ilə yanaşı yerləşən digər rayonları da əhatə edəcək ki,buda qonşu rayonların tullantı problemlərinin köklü şəkildə öz həllini tapmasına zəmin yaradacaq.
Tələb olunan investisiyanın həcmi
Əlavə məlumatlar
Müvafiq sanitar şəraitin və ikinci dərəcəli xammal kimi tullantıların toplanılması və təkrar emalının təmin olunması üçün məişət tullantıları mütəmadi olaraq toplanılması həyata keçirilir. Tullantıların toplanması metodlarına aşağıda göştərildiyi kimi həyata keçirilir.
1. Mənzillər üzrə zibil toplama, 2. Konteyner metodu, 3 Daşınma.
Daşınmış tullantı müəssisəyə daxil olduqdan dərhal sonra çeşidələnərək ikinci növ xammal olaraq müxtəlif müəssisələrə satışı həyata keçirilir.
Bütün növ tullantılar ikinci növ xammal kimi istehsal etmək mümkündür.Sadəcə ele kimyəvi tullantılar var ki,onların emalı ölkəmizdə həyata keçirilmir.Bele tullantıları ekoloji problem yaratmadan müvafiq qaydalara uyğun olaraq toplanılacaqdır.
Bu müəssisə nəznində digər müəssisələr də qurmaq mümkündür.Bunlara misal olaraq toplanılan qida tullantılarını komposlama üsulundan istifadə edərək soxulcan gübrəsi istehsalı müəssisəsi açmaq olar.
Əlaqələndirici
Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47