21.12.2019 / 21:01
- Yerləşdiyi rayon (şəhər): Şabran rayonu
- Aid olduğu sektor: Digər
- Aid olduğu kateqoriya: İnvestisiya layihəsi
Tullantılar, o cümlədən bərk tullantılar çoxtonlu istehsal və tələbat (istehlak) tullantıları olub müasir dövrün mühüm sosial iqtisadi və ekoloji problemlərindən biridir. İnsanların istənilən sahədə fəaliyyəti zamanı maddi nemətlər və xidmətlərlə yanaşı tullantılarda yaranır.Tullantılar prinsipial fərqli ikili xüsusiyyətlə səciyyələnir. Bir tərəfdən tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan material-xammal və istilik-energetik resurs (təkrar material resursları) mənbəyidir. Müxtəlif tipli tullantılar bir yerə atıldıqda bir yığın zibil kütləsi əmələ gəlir ki, bu da ətraf mühitin çirklənməsinə və əhalinin sağlam yaşam tərzinə çox mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün tullantıların çeşidlənməsi ən perspektiv üsuldur.Tullantıların çeşidlənməsi zibilin yandırılaraq atmosferə vurduğu ziyanın da qarşısını alır. Nəticədə ətraf mühitə zərərli təsir də azalır. Bərk tullantıların idarəçiliyi siyasəti prinsiplərin ierarxiyasına əsaslanır: utilizasiyasından da ən yaxşı üsul tullantıların əmələ gəlməsinin qarşısını almaqdır. Bunun üçün də ən düzgün yol tullantıların çeşidlənərək yığılması və təkrar emal oluna bilən tullantıların yenidən istifadə olunmasıdır. Tullantıların çeşidlənməsi qaydası aşağıdaki kimi olmalıdır. Bütün qida qalıqları, həmçinin üzvi mənşəli digər tullantılar məsələn, ot, yarpaq, həmçinin kağız salfet və dəsmallar bir yerə atılmalıdır. Şüşə ayrıca bir konteynerdə yığılmalıdır. Kağız və karton da həmçinindigər zibillərdən ayrı toplanılmalıdır. Plastik və metal qablaşdırmalar təkrar emal üçün yararlı olduğundan onlar da ayrıca bir konteynerdə toplanılmalıdır. Akkumulyatorlar, batareya, civə lampaları və digər ekoloji təhlükəli maddələr ayrı qablarda toplanmış olmalıdır. Təkrar emal üçün yararsız olan tullantılar da həmçinin ayrı toplanılmalıdır.