31.07.2021 / 01:10
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Digər
- Aid olduğu kateqoriya: Startap
Baş ofisi Bakı şəhərində yerləşən və startup kimi yenicə fəaliyyətə başlayan Glorri işəgötürmə proseslərinin vahid mərkəzdən idarəolunması və karyeranın inkişafı üzrə innovativ tətbiqin yaradılması sahəsində ixtisaslaşmaqdadır. Əsas missiyamız uzun illər ərzində qazandığımız bilik və təcrübə əsasında işəgötürmə üzrə mütəxəssislərin (rekruterlər, kadr təchiz edən şirkətlər və korporativ HR menecerlər) öz strategiyalarını daim dəyişən biznes mühitinə rahatlıqla uyğunlaşdırma cəhdlərinə töhfə verməkdir. Əla müştəri xidməti ilə təchiz olunmuş intuitiv proqram təminatımız, işəgötürmə üzrə mütəxəssislərin ehtiyacına uyğun peşəkar kadrların kəşf edilməsi, həmçinin ağıllı və çevik həll yolları ilə işəgötürmə prosesinə sürət, rahatlıq və nizam gətirmək üçün yaradılmışdır. Glorri-nin tətbiq etdiyi müasir yanaşmalar namizədlər bazasının idarə olunmasını asanlaşdırır və işəgötürmə prosesində mümkün xətaları aradan qaldırır. Glorri işəgötürmə üzrə mütəxəssislərə istər təklikdə, istərsə də komanda halında (məsələn, əlaqədar şöbələrin əməkdaşları ilə birgə) namizədləri dərindən analiz edərək çevik şəkildə onları işə götürmək və mövcud resursların optimizasiyası üçün bütün zəruri alətləri təmin edir.