20.08.2021 / 14:24
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Elm və texnologiya
- Aid olduğu kateqoriya: Startap
Brainpriz iştirakçıların pul mükafatları qazanmaq üçün bir sıra əyləncəli, maraqlı suallara cavab verdiyi, uduşlu yarışmalar təşkil edən yeni təsis olunmuş bir veb saytdır. Hər yarışma bir ay boyunca davam edəcək və hər ay təşkil ediləcək. Hər yarışmada 3 qalibimiz olacaq. Yarışmaya necə daxil ola bilərəm? Sadəcə hesabınızı yaradın, oyna düyməsinə klikləyin və təsadüfi seçilmiş suallara cavab verin. Hər yarışmada 3 oynamaq şansınız olacaq. Qaliblər necə seçilir? Daha çox düzgün cavabı olan iştirakçılar mükafatlandırılacaq. Eyni maksimal nəticə toplayan bir neçə iştirakçı olarsa, daha minimal vaxtda suallara cavab verən və ən az səhv cavabı olan iştirakçılara üstünlük veriləcək. Giriş haqqı nə qədərdir? Hər giriş üçün 2 $ tələb olunur. Hər bir yarışmada hansı tip suallar veriləcək? Hər bir Brainpriz yarışmalarında müxtəlif mövzular olacaq. Məsələn: maşınlar, musiqi, kino, idman, məşhurlar, coğrafiya, biologiya, ölkələr, paytaxtlar və.s. Eyni maksimal nəticəyə, eyni sərf edilmiş vaxta və eyni miqdarda səhvlərə birdən çox iştirakçı malik olarsa nə baş verəcək? Bu halda eyni maksimal nəticəyə malik bütün iştirakçılar arasında pul mükafatı bərabər şəkildə bölünəcək. Brainpriz yarışması nə zaman bitir və qaliblər nə zaman elan edilir? Yanvar ayından Dekabr ayına kimi ilboyu hər ay Brainpriz yarışmaları təşkil edilir. Yarışma hər ayın sonu başa çatır və qaliblər növbəti ayın ilk həftəsi ərzində açıqlanır.