30.06.2022 / 15:48
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
- Aid olduğu kateqoriya: Startap
“GREEN bomb” layihəsi qlobal iqlim böhranına qarşı mübarizədə təbiətdə yaşıl izlər buraxmağı vəd edən inkişaf etdirilmiş toxum topları layihəsidir. Toxum topları su, gübrə, torpaq və gildən hazırlanmış, daxilində toxum yerləşən toplardır. Bu toxumlar düşdüyü ərazidə torpağa qarışaraq təbiətdə canlanır və yenidən yaşıl bir iz olmağı bacarırlar. Qısaca, toxum topları təbii şəraitdə toxumların cücərmə imkanlarını yaxşılaşdırmaq, toxumların inkişaf və yetkin bitki olma müddətində məruz qala biləcəyi mənfi təsirləri minimuma endirmək üçün hazırlanmış yeni vasitədir. Layihəmiz Gənclər və İdman nazirliyi və “Youth İnc”in təşkilatçılığı ilə keçirilən “New Generation 2.0” müsabiqəsinin qalibi olaraq 7000 azn qranta layiq görülmüşdür. Hal-hazırda qrant layihənin davamlılığı üçün istifadə olunur.