Plasket

30.06.2022 / 16:01

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Elm və texnologiya
  • Aid olduğu kateqoriya: Startap

Plasket layihəmizin əsas məqsədi məhsuldar istehlakı təşviq etmək, tullantıların emalı səviyyəsini artırmaq və ekoloji mədəniyyət ideyalarını təbliğ etməklə bərk tullantıların miqdarını azaltmaqdır. Hər il 2,1 milyard ton bərk tullantı istehlak edilir ki, bunun da təxminən 12 faizi plastik tullantılardır. Nəticədə hər il 4000-dən çox dəniz heyvanı öldürülür. Layihəmiz davamlı inkişafın 7 məqsədinin reallaşmasına xidmət edir. Layihəmizi həyata keçirmək üçün ilk olaraq ölkəmizdə plastik tullantıların miqdarı ilə bağlı məlumatları araşdırdıq. Komandamızın üzvləri kifayət qədər plastik butulka topladılar. Topladığımız tullantıları təkrar emal etmək üçün 100 faiz ekoloji cəhətdən təmiz mexaniki üsuldan istifadə etdik və onlardan üçündə müvafiq avadanlıq hazırladıq. Növbəti mərhələdə emal olunmuş məhsuldan plastik səbət toxumaq üçün “Ladyland” şirkəti ilə əlaqə saxladıq. Nəticədə bir neçə xanımla əlaqə saxladıq ki, onlara zənbil toxumaqda kömək olsun. Belə ki, yığılan plastikləri təmizləmək, alətdən sap çəkmək, səbəti toxumaq üçün xanımlarla əməkdaşlıq etdik. Plastik səbətlərin satışı nəticəsində istedadlı xanımlarımıza öz bizneslərini qurmalarına şərait yaratdıq.


Əlavə məlumatlar

Video

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz