07.07.2022 / 00:45
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Ticarət
- Aid olduğu kateqoriya: Startap
Bu gün onlayn alış-veriş ümumi ticarətin təxminən 25%-ni təşkil edir ki, burada geyim ticarəti üstünlük təşkil edir. Bu o deməkdir ki, 4 paltardan ən azı 1-ni onlayn alırıq. Necə düşünürsünüz, onlayn alış-verişdə əsas problemlər nə ola bilər? Əsas problemlər: • Zövqümüzə uyğun məhsul tapa bilməmək; • Tapdığımız məhsulun üzümüzdə necə görünəcəyini bilməmək; • Alacağımız paltarların ölçüsündən əmin deyilik; Buna görə sizə MetaWear təklif edirik. Layihəmizin əsas məqsədi sizi meta dünyaya klonlayaraq daha əvvəl dediyimiz problemləri həll etməkdir. Beləliklə, mağazadan bir şey almadan əvvəl paltarları sizinlə eyni ölçüdə olan avatarınızda sınaqdan keçirə bilərsiniz.