12.04.2023 / 16:07
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu kateqoriya: İdeyalar
Nə geyinəcəyinizi bilmirsinizsə, bu proqram problemə son qoyur. "Casse-tête Stylé" tətbiqi qarderobunuzu idarə etməyi asanlaşdırmaq üçün mövcuddur. Hansı gündə nə geyinəcəyinizə qərar verə bilmirsinizsə, bu proqram onu sizin üçün seçir. Tətbiq əvvəlcə şkafınızdakı paltarların şəkillərini çəkərək və ya internetdən seçərək təsvir etməyinizi xahiş edir. Sonra bu paltarları kateqoriyalara ayırır və onları gündəlik və ya rəsmi kimi etiketlərlə qeyd edir. Belə ki, istifadəçi həmin anda nə geyinəcəyinə qərar verə bilməyən və mövcud paltarını unutduqda mobil tətbiq sayəsində rahatlıqla kombinasiya seçə bilir.