28.04.2023 / 11:34
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Turizm
- Aid olduğu kateqoriya: Startap
Layihəmiz olan “Bələdçi” Azərbaycanın müxtəlif yerlərinə səyahət edən həm daxili, həm də xarici turistləri peşəkar bələdçilərlə təmin edən, onların qarşılaşdıqları fırıldaqçılıq, adaptasiya və ünsiyyət problemlərini əsasən həll etməyi qarşısına məqsəd qoyan sistemdir. Prosesimiz sadə addımlardan ibarətdir: siz bir kliklə “Beledchi” tətbiqinə daxil olursunuz, ziyarət etmək istədiyiniz yerləri və tarixi seçirsiniz və sistemimizin seçdiyi müvafiq bələdçi sizi görüş nöqtəsindən aparacaq. Nə etmək istədiyiniz tamamilə sizə bağlıdır - əgər siz restoranda yemək yemək və ya oteldə qalmaq istəyirsinizsə, biz münasib qiymətlərlə ortaq restoran və otellərimizi təklif edirik, lakin heç bir təkid etmədən: istədiyiniz yerdə yemək yeyib qala bilərsiniz. Nəhayət, bizim xidmətimizə özəl turlar daxildir və bələdçimizlə səyahət edərkən indiki yerlə bağlı tarixi və maraqlı faktlar sizə təqdim olunacaq. Odur ki, bizdən bron edin və səyahətinizdən həzz alın!