13.12.2023 / 15:23
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Təhsil
- Aid olduğu kateqoriya: Startap
Universitet tələbələrinə böyük köməklik göstərəcək və bazarda böyük maraq yaradacaq bir proqram düşünün. Normalda tələbələr imtahanlara hazırlaşarkən, bir yerdə, birlikdə imtahana hazırlaşa bilmək üçün son 1 ayda partnyor axtarışına başlayırlar, amma təbii ki, hər kəs çalışacaq adam tapmaqda müvəffəq olmur. Çətinlik əsasən kiminlə işləməyi, imtahanları necə verməyi bilməyən birinci kurs tələbələri üçündür. Yaradacağımız proqramda müxtəlif universitet kateqoriyaları olacaq, məsələn, onlar BANM-i seçərək qeydiyyatdan keçə bilərlər və tutaq ki, A şəxs qeydiyyatdan keçib və tərəfdaş axtarır, B şəxs, C şəxs onu görəcək və bir qrup yaradılacaq.Qrup halında bu rəqəmsal mühitdə imtahanlara hazırlaşa biləcəklər. Bu yaxşı plandır, çünki universitet tələbələrinin imtahanlara hazırlaşmalı və ya təkrar etməli olduqları məktəb dövründən fərqli olaraq repetitor yanına gedə bilməzlər, buna görə yeganə yol bir-biri ilə işləməkdir.Hal-hazırda bazarda bu ideyanın rəqibi yoxdur və inanıram ki, bu, tələbələr arasında böyük populyarlıq qazana bilər və imtahan baş tutanda hər bir tələbə bu proqramı izləyəcək. Tələbə A güclü praktik biliyə, zəif nəzəri biliyə malikdir. Əgər B tələbəsi nəzəri cəhətdən güclü, praktiki cəhətdən zəifdirsə, o zaman bir-birindən faydalana biləcəklər. Nəticə: İmtahana hazırlaşmaq üçün yoldaş axtaran tələbələri bir araya toplayan bu proqram onlara həm tərəfdaş tapmağa, həm də qısa müddətdə imtahanlara hazırlaşmaq və yüksək nəticə əldə etməyə kömək edəcək və inanıram ki, böyük perspektivləri olan unikal layihə ola bilər.