Fashion assistant

13.12.2023 / 15:28

Layihəm moda köməkçisi adlanır. Fashion Assistant bu sektora aid bütün məhsul və prosesləri birləşdirən proqramdır. Moda köməkçisi bir çox funksiyaları birləşdirir. Bu proqrama daxil olaraq profilinizi yaradırsınız. Oradan istənilən dizayner və dərzi seçib, ölçülərinizə uyğun istənilən geyimi sifariş edə bilərsiniz. Eyni zamanda siz öz geyiminizi daha sərfəli qiymətə təmir edə və ya yeni əlavələr edə bilərsiniz. Proqramın funksiyası bununla bitmir. İstənilən ölkəyə və ya bölgəyə səyahət edərkən siz proqrama daxil olub uyğun geyim sifariş edə və ya öz geyim çantanızı həmin iqlimə uyğunlaşdıra bilərsiniz. Bu platformada yaşınıza və ölçüyə uyğun şirkət və ya komanda üçün əl işi, ikinci əl, səyahət, etnik və s. tapa bilərsiniz.Geyiminizi özünüz seçməkdə çətinlik çəkirsinizsə, stilistlərdən kömək ala və ya geyinmədiyiniz paltarları proqramın müəyyən etdiyi qiymətə sata bilərsiniz.


Əlavə məlumatlar

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz