Ağıllı eynəklər üçün uzaqdan mütəxəssis dəstəyi təmin edən audio və video zəng proqramı

13.12.2023 / 15:40

  • Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
  • Aid olduğu sektor: Texnologiya
  • Aid olduğu kateqoriya: Startap

Böyük kütləvi istehsal fabriklərində istehsalat xəttindəki kiçik bir nasazlıq minlərlə məhsulun istehsalında gecikmələrə səbəb olur və yüz minlərlə dollar itirilir. Belə bir vəziyyətdə, fabrikin işçisi ağıllı eynəklərdən istifadə edərək xaricdəki mütəxəssis texniki məsul şəxs ilə dərhal əlaqə qura bilər; beləliklə, problem uzaqdan müdaxilə edilərək həll oluna bilər və fabrik yüz minlərlə dollar ziyan görməkdən xilas olunur. Sənayedə ağıllı eynəklərin istifadə edilməsinin ən vacib səbəblərindən biri, uzaqdan canlı bağlantı vasitəsilə həssas kritik cihazlara dərhal giriş imkanı təmin etməkdir. Layihə çərçivəsində ağıllı eynəklərlə istifadə oluna bilən və iki tərəf (mütəxəssis - müştəri) arasında dərhal əlaqə qurmağı mümkün edən yerli proqram təminatı hazırlanacaq.


Əlavə məlumatlar

Əlaqələndirici

Təşkilat: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Telefon: (+994 12) 521 33 20
E-poçt: info@enterpriseazerbaijan.gov.az
Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz