13.12.2023 / 17:18
- Yerləşdiyi rayon (şəhər): Bakı şəhəri
- Aid olduğu sektor: Yaşıl Texnologiya/Aqrar
- Aid olduğu kateqoriya: Startap
Layihə əkin sahələrində suvarma zamanı su israfını azaldan superabsorbent maddənin hazırlanması, qiymətləndirilməsi və tətbiqindən ibarətdir. Hazırda təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkəsi kənd təsərrüfatında su qıtlığının gətirdiyi məhsulun azalması problemi ilə məşğuldur. Bu layihənin bir hissəsi olaraq biz yerli mövcud materiallar (bentonit gil, pambıq sellüloz və polimer) üzərində qurulmuş smart texnologiyadan istifadə edərək ağıllı su saxlayan maddə yaradırıq. Maddənin hər qramında 50-300 ml su saxlama qabiliyyəti var. Hər hektarda 8 kq təşkil edən material suvarma suyunun və həll olunmuş mineralların bir hissəsini udaraq bitkiyə lazım olan suyu və mineralları tədricən torpağa qaytarır. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumatlara və aran bölgəsində fermerlərlə apardığımız sorğulara görə, Kür və Arazın suları müvafiq olaraq 46 və 27 faiz azalıb. Nəticədə, suvarılan rayonların əksəriyyəti təhlükə altındadır ki, bu da məhsuldarlığı azaldır.