16.01.2024 / 10:17
- Yerləşdiyi rayon (şəhər): Xaçmaz rayonu
- Aid olduğu sektor: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
- Aid olduğu kateqoriya: İnvestisiya layihəsi
Layihənin məqsədi: Yerli heyvan cinsinin yaxşılaşdırılması, artırılması, damazlıq heyvan, süd və süd məhsulları istehsal etmək. İşçi heyəti: Təsərrüfatda işçi heyəti baytar həkim, zootexnik, baş yetişdirici, yetişdirilər və digərlərini əhatə etməkdədir. Təsərrüfatda çalışacaq işçi heyətinin heyvandarlıq sahəsindəki iş təcrübəsi 20-35 ili əhatə edir. İllərlə müxtəlif müəssisələrdə o cümlədən fərdi şəkildə heyvandarlıq sahəsində fəaliyyət göstərmişlər. Kooperativ haqqında: «Qızıl Alma» Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi 2019-cu ildə təsis edilmiş, 2020-ci ildən heyvandarlıq sahəsində fəaliyyətə başlamışdır. 2023-cü ildə Xaçmaz rayonu Sayat kəndi yaxınlığında daha böyük ərazilər alaraq ora köçmüş və hal-hazırda fəaliyyətini orda davam etdirir. Hal-hazırda 20 ha ərazidə layihənin həyata keçirilməsinə, buzovluq, sağım yeri, bəsin yeri və digər otaqları olan tövlə kompleksinin quraşdırılmasın başlanılmışdır. Az müddət ərzində yekunlaşdırılması üçün işlər gedir. Layihə əsasında südlük cins inəklər müasir üsullarla bəslənəcək, süd və süd məhsulları (pendir), damazlıq heyvan istehsal olunacaq və satışa çıxarılacaqdır. Əlavə və ayrıntılı məlumat üçün biznes planı yükləyib oxuya bilərsiniz və ya əlaqə (Tel: 0553011507, e-poçt: mehisoglusukur@yaani.com) saxlayaraq bilgi ala bilərsiniz.