“EnterpriseAzerbaijan” portalı və ABB-nin dəstəyi ilə yerli startaplara tanıtım videoçarxları hazırlanıb

“EnterpriseAzerbaijan” portalı və ABB-nin dəstəyi ilə yerli startaplara tanıtım videoçarxları hazırlanıb

10.10.2022 / 12:34

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “EnterpriseAzerbaijan” portalı və ABB-nin Sahibkarlar klubu”nun birgə həyata keçirdiyi “Azərbaycanda startap layihələrinin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanan videoçarxların təqdimatı olub.

 Müsabiqə nəticəsində seçilən “Safe Access Systems”, “W-ball”, “Cardoctor” və “TicketSetup” startapları öz layihələri haqqında tanıtım videolarını təqdim ediblər.    

Təqdimat zamanı bildirilib ki, startaplar seçilərkən layihələrin innovativliyi, yeni texnologiyalara əsaslanması, beynəlxalq bazarlara çıxış potensialı və s. kimi meyarlar nəzərə alınıb. Növbəti mərhələdə bu startapların “Kickstarter” platforması vasitəsilə xarici bazarlara çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, Azexport və EnterpriseAzerbaijan portalı innovativ startap layihələri ilə əməkdaşlıqda maraqlıdır

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz