TezGet mobil tətbiqi

TezGet mobil tətbiqi

31.03.2021 / 16:57

İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu EnterpriseAzerbaijan.com portalında yerləşdirilən startap layihəsi artıq uğurlu fəaliyyətinə başlayıb!
TezGet mobil tətbiqi sərnişinlər, sürücülər və sürücülük vəsiqəsi olan ayıq sürücüləri bir araya toplayır. Bu xidmət sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulur.
TezGet mobil tətbiqinin sərnişinlər üçün üstünlükləri:
1. Nəqliyyat vasitəsinə görə taksi seçimi,
2. Gediş qiymətinə görə taksi seçimi,
3. Məsafəyə görə taksi seçimi,
4. Sağlam rəqabətli mühitdə sərfəli və keyfiyyətli xidmət,
4. Şəhərdaxili (rayondaxili) taksi sifarişi,
5. Şəhərlərarası (rayonlararası) taksi sifarişi,
7. Şəhərdaxili (rayondaxili) “Yol yoldaşı” xidməti,
8. “Yol yoldaşı” xidməti üçün onlayn bron xidməti,
9. Bütün ölkə üzrə xidmət
Bütün bu xidmətlər bir mobil tətbiqdə
TezGet mobil tətbiqi istifadəçilərə şəhərdaxili və şəhərlərarası sərnişindaşıma xidmətlərini, həmçinin fərdi taksi və ayıq sürücü xidmətlərini təklif edir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz