06.04.2021 / 11:53
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı, Britaniya Şurasının (British Council) Newcastle Universiteti ilə əməkdaşlığı çərçivəsində “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsinin virtual "Createathon" seminarına start verilir.
"Createathon" seminar iki gün keçiriləcək. Bu müddətdə ərzində Azərbaycan universitetlərini yeni bitirmiş məzunlar və doktarantlar Böyük Britaniyanın Şimal-şərqindəki səkkiz müəssisə ilə işləmək, eləcə də İngiltərə tələbələri ilə bir araya gələrək komanda yaratmaq imkanı əldə edəcəklər.
Seminarın 1-ci günü: 19 aprel: 16:30 - 20:00
Müəssisə haqqında geniş məlumat əldə etmək məqsədilə komandalar ilə virtual görüş keçirəcək. Sonra komandaya tapşırıq veriləcək və hər birindən innovativ və yaradıcı yanaşma tələb olunacaq. Seminar müddətində ünvanlamaq və araşdırma üçün əlavə vaxt veriləcək.
Seminarın 2-ci günü: 23 aprel:12:00 - 16:30
Müəssisə üçün fəaliyyət planı hazırlanacaq və seminarın sonunda qrupda təqdim ediləcək.
Müraciət üçün 9 aprel 2021-ci il tarixinədək qeydiyyatdan keçmək xahiş olunur:
https://forms.ncl.ac.uk/embed.php?id=11080184









