“Enterprise Azerbaijan” və “Malta Enterprise” arasında əməkdaşlıq imkanları müzakirə olunub

“Enterprise Azerbaijan” və “Malta Enterprise” arasında əməkdaşlıq imkanları müzakirə olunub

14.01.2026 / 17:26

“Enterprise Azerbaijan” və “Malta Enterprise” arasında əməkdaşlıq imkanları müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu  “Enterprise Azerbaijan” ilə “Malta Enterprise” arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüş zamanı tərəflər layihələrin icrası üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçirib, həmçinin “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School” layihələri haqqında ətraflı məlumat verilib.


Müzakirələr çərçivəsində “Malta Enterprise”ın innovasiya və sahibkarlığın dəstəklənməsi sahəsindəki fəaliyyəti və beynəlxalq təcrübəsindən faydalanmaq imkanları diqqət mərkəzində olub. Eyni zamanda, “Startup School” layihələrindən məzun olan perspektivli startapların Avropa, o cümlədən Malta startap ekosisteminə inteqrasiyası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün yekununda tərəflər əməkdaşlıq təşəbbüslərinə müsbət yanaşdıqlarını ifadə edib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz