"Enterprise Azerbaijan" portalı ilə Aqrar İnkişaf Könüllüləri Təşkilatı arasında görüş keçirilib

"Enterprise Azerbaijan" portalı ilə Aqrar İnkişaf Könüllüləri Təşkilatı arasında görüş keçirilib

13.02.2026 / 17:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının nümayəndələri ilə Aqrar İnkişaf Könüllüləri Təşkilatı arasında görüş keçirilib.

Görüş zamanı “Enterprise Azerbaijan” portalının fəaliyyəti, əsas missiyası, yerli innovasiya ekosisteminin inkişafına yönəlmiş təşəbbüsləri, eləcə də icra olunan layihələr barədə ətraflı məlumat verilib.

Aqrar İnkişaf Könüllüləri Təşkilatının nümayəndələri isə aqroturizm sahəsində innovativ və süni intellekt əsaslı rəqəmsal həllərin yaradılmasına yönəlmiş "Farm2Tour Hackathon" layihəsini təqdim ediblər. Layihənin məqsədi aqroturizm sektorunda rəqəmsal transformasiyanın təşviqi və innovativ ideyaların dəstəklənməsidir.

Görüşdə layihənin icrası zamanı İİTKM tərəfindən mümkün dəstək mexanizmləri və əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, seçilmiş layihələrin “Startup School 4” proqramında iştirak imkanlarının yaradılması perspektivləri vurğulanıb.

Tərəflər gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovasiyayönümlü təşəbbüslərin birgə dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparıblar.

 

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz