“Enterprise Azerbaijan” və “Ironhack” arasında növbəti görüş keçirilib

“Enterprise Azerbaijan” və “Ironhack” arasında növbəti görüş keçirilib

18.02.2026 / 10:10

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalı və "Ironhack" şirkəti arasında əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş növbəti görüş keçirilib.

Görüşdə ölkədə rəqəmsallaşma sahəsində mövcud yeniliklər, innovasiya və startap ekosisteminin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi, eləcə də “Startup School 4” layihəsində əməkdaşlıq imkanları müzakirə edilib.

“Startup School 4” layihəsi iştirakçılarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlim və mentorluq ximdətlərinin təşkili sahəsində tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, "Ironhack" şirkəti Azərbaycanda dövlət və özəl qurumların tərəfdaşlığı çərçivəsində gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi istiqamətində layihə icra edir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz