İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində növbəti infosessiya təşkil olunub. Bu dəfə proqramın təqdimatı Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) baş tutub. Tədbirin əsas məqsədi gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, sahibkarlıq ruhunun aşılanması, eləcə də onların qlobal startap ekosistemlərinə inteqrasiyasına dəstək göstərmək olub. Proqram çərçivəsində iştirakçılara praktiki yanaşmalar və real nümunələr əsasında ilkin təlim verilib. Tədbirdə çıxış edən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 4” proqramının əsas hədəfləri, iştirak qaydaları və seçim meyarları barədə ətraflı məlumat verib. O, proqram çərçivəsində təqdim olunan mentorluq dəstəyi, təlim proqramları, beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları və investisiya cəlbi mexanizmlərini iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, “Beş qitə - 500 startap” şüarı ilə həyata keçirilən proqram innovativ ideyaların inkişafını sürətləndirməklə yanaşı, gənc təşəbbüskarların beynəlxalq səviyyədə tanınmasına və qlobal bazarlara çıxışına imkan yaradır. Təlim hissəsində iştirakçılara startapların qurulması, ideyaların formalaşdırılması, bazar yanaşmaları və ilkin inkişaf mərhələləri ilə bağlı praktiki biliklər təqdim olunub, interaktiv müzakirələr aparılıb. Qeyd edək ki, “Startup School 4” proqramı üzrə qeydiyyat 15 may 2026-cı il tarixinədək davam edir. “Startup School Quba” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində növbəti infosessiya təşkil olunub. Bu dəfə proqramın təqdimatı Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) baş tutub.

Tədbirin əsas məqsədi gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, sahibkarlıq ruhunun aşılanması, eləcə də onların qlobal startap ekosistemlərinə inteqrasiyasına dəstək göstərmək olub. Proqram çərçivəsində iştirakçılara praktiki yanaşmalar və real nümunələr əsasında ilkin təlim verilib.

Tədbirdə çıxış edən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 4” proqramının əsas hədəfləri, iştirak qaydaları və seçim meyarları barədə ətraflı məlumat verib. O, proqram çərçivəsində təqdim olunan mentorluq dəstəyi, təlim proqramları, beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları və investisiya cəlbi mexanizmlərini iştirakçıların diqqətinə çatdırıb.

Bildirilib ki, “Beş qitə - 500 startap” şüarı ilə həyata keçirilən proqram innovativ ideyaların inkişafını sürətləndirməklə yanaşı, gənc təşəbbüskarların beynəlxalq səviyyədə tanınmasına və qlobal bazarlara çıxışına imkan yaradır.

Təlim hissəsində iştirakçılara startapların qurulması, ideyaların formalaşdırılması, bazar yanaşmaları və ilkin inkişaf mərhələləri ilə bağlı praktiki biliklər təqdim olunub, interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, “Startup School 4” proqramı üzrə qeydiyyat 15 may 2026-cı il tarixinədək davam edir.
“Startup School Quba” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir

21.04.2026 / 14:38

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə həyata keçirilən “Startup School Quba” layihəsinə start verilir. Layihənin açılışı 24 aprel 2026-cı il tarixində ADPU-nun Quba filialında təşkil olunacaq təlim və mentorluq proqramı ilə baş tutacaq.
 
Layihə çərçivəsində keçiriləcək təlim və mentorluq xidmətlərində filialın professor-müəllim və inzibati heyəti, eləcə də tələbələr və gənc təşəbbüskarlar iştirak edəcək. Təlim proqramı iştirakçılara startapların formalaşdırılması, biznes model quruculuğu, bazar araşdırması, məhsulun inkişafı, maliyyələşmə imkanları və “pitching” bacarıqları kimi mühüm istiqamətlər üzrə praktiki biliklərin verilməsini nəzərdə tutur.
 
“Startup School Quba” layihəsi regionda innovasiya və sahibkarlıq mühitinin inkişafına dəstək məqsədi daşıyır. Layihənin əsas hədəfi gənclər arasında innovativ düşüncə tərzinin təşviqi, ideyaların biznes layihələrinə çevrilməsi, eləcə də universitet - sənaye əməkdaşlığının gücləndirilməsidir. Bu çərçivədə layihə yerli potensialın üzə çıxarılmasına və davamlı startap ekosisteminin formalaşdırılmasına xidmət edir.
 
Layihənin tərəfdaşları qismində Quba İş Adamlarına Dəstək Platforması və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi çıxış edir. Tərəfdaş qurumlar layihə çərçivəsində iştirakçıların biznes əlaqələrinin genişləndirilməsi, yerli sahibkarlıq mühitinə inteqrasiyası və praktik dəstəyin göstərilməsi istiqamətində töhfə verəcəklər.
 
Qeyd edək ki, təlim və mentorluq mərhələsi çərçivəsində formalaşdırılan perspektivli startap layihələrinin inkişafına növbəti mərhələlərdə də dəstək göstərilməsi və uğurlu layihələrin “Startup School 4: Beş qitə - 500 startap” proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu isə iştirakçılar üçün beynəlxalq startap ekosisteminə çıxış imkanları yaradacaq.
 
“Startup School Quba” layihəsinin regionda innovasiya və startap mədəniyyətinin güclənməsinə, yeni biznes təşəbbüslərinin yaranmasına və Quba rayonunun sahibkarlıq potensialının daha da inkişafına mühüm töhfələr verəcəyi gözlənilir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz